Bu gün Topaz Premyer Liqasında 8-ci turun növbəti oyunları keçirilib. Sportarena.az xəbər verir ki, 2-ci oyun günündə 2 qarşılaşma baş tutub.
Günün maraqlı oyunlarından biri İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda olub. “Neftçi” Avropa Liqasında ölkəmizi təmsil edən "Qəbələ"ni qonaq edib. Görüşün taleyini 1 qol həll edib. Aleksey Antonovun 90-cı dəqiqədə vurduğu top qonaqlara qələbə qazandırıb.
Mərkəzi oyunda isə “Qarabağ” yeni istifadəyə verilmiş "Azərsun Arena”da 7 turdur ki, məğlub olmayan “Zirə"ni qəbul edib. Gözlənilənlərin əksinə, Ağdam klubu rahat qələbə qazanıb - 4:1.
Topaz Premyer Liqası
8-ci tur
17 oktyabr
15:30. "Neftçi" – "Qəbələ" 0:1
Qol: Aleksey Antonov, 90
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu
18:00. "Qarabağ" – "Zirə" 4:1
Qollar: Samuel Armenteros, 4, 15, Riçard Almeyda, 25, 83 (pen.) - İqor İvanoviç, 34
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu.