Ebah: "Həmin an ağlamaq istəyirdim"

13:06 17 Oktyabr 2015

"Bizim üçün yaxşı oyun oldu. Bu oyunda 3 xal haqda fikirləşirdik və buna nail olduq."

Bu sözləri Sportarena.az-a açıqlamasında "Rəvan"a 0:2 hesabı ilə qalib gələn "Kəpəz"in yeni transferi Julian Ebah deyib:

"Artıq iki oyundur ki,qələbə qazanırıq. Əsas odur ki, bu ardıcıllığı davam etdirək. Mənim üçün bu qolu vurmaq çox önəmli idi, çünki bu, mənim ikinci oyunumdu. İlk oyunumda 20 dəqiqə oynadım, qol vura bilməsəm də, yaxşı çıxış etmişdim. İkinci oyunumda vurduğum qol məni daha da ruhlandıracaq, çalışacam ki, daha da yaxşı oyun göstərim".

Futbolçu azarkeşlər barədə də danışıb:

"Azarkeşlər mənə xüsusi dəstək verdilər, karyeramda ikinci dəfə idi ki, ilk oyunlardan özümü sevindirə bilmişəm. Həmin an ağlamaq istəyirdim."

Vüsal MİRZƏYEV

 


Digər xəbərlər

Xəbər xətti