"Xəzər Lənkəran" AZAL üçün: güclü yağış və itki ilə

12:56 17 Oktyabr 2015

Premyer Liqanın VIII turu çərçivəsində oktyabrın 18-də AZAL-ı qəbul edəcək "Xəzər Lənkəran" hazırıqlarını başa vurub.
 
Sportarena.az xəbər verir ki, "ağ-yaşıllar" dünən güclü yağış altında növbəti məşqini keçirib. 

Son günlər Bakıda müalicə alan Orxan Əliyev artıq Lənkərana qayıdıb, lakin o hazırlıq prosesinə qatılmayaraq, kənarda fərdi məşqlə kifayətlənib. Millinin düşərgəsindən qayıdan Rahid Əmirquliyev və Elnur Cəfərov da məşqdə iştirak ediblər.

"Xəzər Lənkəran" bununla da AZAL-la oyunun ümumi hazırlığını yekunlaşdırmış olub. Qarşıda yalnız taktiki hazırlığın əsas kompanentlərinin təkrarlanmasından ibarət olacaq oyunöncəsi son məşq qalıb.  (12cioyuncu.info)


Digər xəbərlər

Xəbər xətti