Azərbaycan Premyer Liqasının VIII turu çərçivəsində keçiriləcək "Xəzər Lənkəran" - AZAL oyunu təxirə düşə bilər.
Sportarena.az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Lənkəranda yağan güclü yağış stadionun ot örtüyünə ciddi ziyan vurub. Yağışların bucür davam edəcəyi təqdirdə stadion yaxınlığındakı çayların bəndi aşacaq və stadion su altında qala bilər.
Sabah keçiriləcək "Xəzər Lənkəran" - AZAL matçının keçirilib - keçirilməməsinə isə AFFA nümayəndələri qərar verəcək.
Qeyd edək ki, "Xəzər Lənkəran" - AZAL qarşılaşması sabah saat 18:00-da start götürəcək.