Belarusda mövsümün qalibi müəyyənləşib. Sportarena.az xəbər verir ki, ölkənin ən titullu klublarından BATE sona üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
23-cü turda səfərdə "Vitebsk"ə 2:0 hesabı ilə qalib gələn Borisov təmsilçisi tarixində 12-ci dəfə bu titula yiyələnib.
Qeyd edək ki, bu, BATE-nin ardıcıl 10-cu çempionluğudur.