Rövnəq Abdullayev və Sadıq Sadıqov Fransaya niyə gedib?

16:36 17 Oktyabr 2015

Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rövnəq Abdullayev Fransaya səfər edib.

 

Sportarena.az "Report"a istinadən xəbər verir ki, səfər zamanı R.Abdullayev Parisdə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerlə görüşüb.

 

M.Vizer azərbaycanlı qonağı yeni vəzifə münasibətilə təbrik edib. O, Azərbaycanda idmana, o cümlədən cüdoya dövlət səviyyəsində göstərilən qayğını yüksək qiymətləndirib, "Bakı 2015" I Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb.

 

Qeyd edək ki, Azərbaycan cüdoçuları hazırda Parisdə keçirilən "Böyük Dəbilqə" turnirində mübarizə aparırlar. Yarışı izləyənlər arasında ACF-nin vitse-prezidentləri Sadıq Sadıqovla Elnur Məmmədli də var.


Digər xəbərlər

Xəbər xətti