"Rəvan"dan baş məşqçi dəyişikliyi ilə bağlı RƏSMİ AÇIQLAMA

17:20 17 Oktyabr 2015

“Rəvan”ın əsas komandasının baş məşqçisi Emin Quliyev istefaya göndərilib. Sportarena.az xəbər verir ki, artıq bununla bağlı klub rəsmi məlumat da yayıb. Məlumatda bunlar qeyd olunub:

 

"Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində “Bayıl Arena”da “Kəpəz”ə 0:2 hesabı ilə uduzan komandada dəyişiklik edilməsi məqsədəuyğun sayılıb. Cari mövsümdə keçirdiyi 8 matçdan 6-da uduzub, 2-də bərabərə qalan "aslanlar" hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb ki, bu da qarşıya qoyulan hədəflərlə üst-üstə düşmür. Mövcud durumu göz önünə alan klub rəhbərliyi uğursuz nəticələr səbəbi ilə E.Quliyev və onun rəhbərlik etdiyi məşqçi korpusu ilə vidalaşmağı lazım bilib. Qeyd edək ki, E.Quliyev iyulun 21-dən “Rəvan”a rəhbərlik ediridi.

 

“Rəvan”ın əsas komandasının yeni baş məşqçisi də müəyyənləşib. Klub rəhbərliyi Emin Quliyevi Bəhmən Həsənovla əvəzləyib. Daha öncə də “sarı-qırmızılılar”a rəhbərlik etmiş təcrübəli mütəxəssis son 3 ildə “Rəvan” Futbol Akademiyasının rəhbəri vəzifəsində çalışırdı. O, bu müddət ərzində uşaq futbolu ilə bağlı düzgün strategiya müəyyənləşdirərək, təqdirəlayiq işlər görməklə yanaşı, UEFA-nın “Pro” kateqoriyalı məşqçi lisenziyasını əldə etmək üçün AFFA-nın təşkil etdiyi seminarlarda da iştirak edib. Bu amilləri nəzərə alan klub rəhbərliyi əsas komandanın baş məşqçi postunu yenidən B.Həsənova həvalə etməyi məqsədəuyğun sayıb. Qeyd edək ki, B.Həsənovun köməkçiləri yaxın günlərdə bəlli olacaq".


Digər xəbərlər

Xəbər xətti