Samir Əliyev istefa verdi: "Fikrim qətidir"

18:12 17 Oktyabr 2015

"Məğlubiyyətə görə hər hansı bir bəhanə gətirmək istəmirəm. Problemlər fonunda komanda pis oynamadı. 75-ci dəqiqədən sonra öz qapımızda oturmağa məcbur olduq".

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Əliyev deyib. Gənc mütəxəssis Premyer Liqanın VIII turunda "Qəbələ"yə 0:1 hesablı məğlubiyyəti şərh edib:

 

"Rəqib əvəzetmələrlə oyunu gücləndirdi. Bilirdik ki, rəqib standart vəziyyətlərdə yaxşı oynayır. Biz də qolu məhz starndart vəziyyətdən buraxdıq. Hazırda mənim istədiyim iki eynigüclü heyət yoxdur. Gənclərimiz çoxdur, zədəlilərimiz var. Amma bütün məsuliyyət mənim boynumdadır.

 

Sonda isə Əliyev istefa verəcəyini açıqlayıb: "Ardıcıl iki məğlubiyyətdən sonra rəhbərliklə görüşüb, istefa ərizəmi yazacağam. Fikrim qətidir. "Neftçi" bu yerlərə layiq deyil, məğlubiyyətlərdə bütün məsuliyyət mənim boynumdadır".


Digər xəbərlər

Xəbər xətti