"Mən futbolçulardan çox razıyam. Oyunçular sona qədər oynadılar və inandılar. Mən istənilən hesabla razılaşacaqdım".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk deyib. Ukraynalı mütəxəssis Premyer Liqanın VIII turunda "Neftçi" üzərində qələbə qazandıqları oyun haqda fikirlərini açıqlayıb:
"Tablodakı hesab sənin oyununun nəticəsidir. İlk hissədə çox sayda qol epizodlarımız oldu. Hesab böyük ola bilərdi, amma qollar vura bilmədik. İkinci hissədə bunu bacardıq. Futbolçulara təşəkkür edirəm".
Təcrübəli çalışdırıcı Ukrayna millisinin sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə isə şərh vermək istəməyib: "Mən son vaxtlar adımın Ukrayna yığması ilə hallanmasını oxuyuram. Mənə çoxlu zənglər gəlir. Mənim buna, sadəcə, şərhim yoxdur".