Ruslan Abışov: "Hesabın gec açılması "Neftçi"ni ümidləndirmişdi"

19:35 17 Oktyabr 2015

"Çətin oyun oldu. Amma şükürlər olsun ki, 3 xal əldə elədik".

 

Bu sözləri Sportarena.az-a açıqlamasında "Qəbələ"nin müdafiəçisi Ruslan Abışov deyib. Təcrübəli futbolçu Premyer Liqanın VIII turunda səfərdə "Neftçi" üzərində qələbəni şərh edib:

 

"Bərabər səviyyəli oyun getdi. İkinci hissədə hesabın gec açılması "Neftçi"ni ümidləndirmişdi. Hücuma daha çox atılmağa başladılar. Bununla belə sonda qalib gələ bildik".

 

Abışov İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionun ot örtüyündən şikayətlənib: "Stadionun otu quru idi. "Qəbələ" sürətli futbol oynayan komandadır. Amma ot örütüyü öz oyunumuzu göstərməyə imkan vermirdi. İşimizə mane olurdu".

 

Ruslan gələn həftə Avroliqanın qrup mərhələsində "Borussiya" ilə keçirəcəkləri oyuna da toxunub: Qarşıda Avroliqa oyunumuz var. Bütün diqqətimizi bu oyuna yönəltmişik. "Borussiya" Bakıya qələbə ilə gəlir. Rəqib güclüdür. Bunu bilirik. Yaxşı nəticə qazanmağa çalışacağıq".


Digər xəbərlər

Xəbər xətti