"Neftçi" ilə oyun həm maraqlı, həm də gərgin alındı".
Bu sözləri Sportarena.az-a açıqlamasında "Qəbələ"nin yarımmüdafiəçisi Rəşad Sadiqov deyib. Premyer Liqanın VIII turunda səfərdə "Neftçi" üzərində qələbəni şərh edən təcrübəli futbolçu Premyer Liqaya daha çox fikir verdiklərini gizlətməyib:
"Bizə çempionat oyunu daha vacibdi. Çünki daha çox çempionatı fikirləşirik. Bu gün qələbə bizim üçün çox vacib idi. Mən də çalışıram ki, öz oyunumla komandama xeyir verim".
Sadiqov "Borussiya" ilə qarşıdakı oyuna da toxunub: "Borussiya" ilə oyunda qələbə qazanmaq istəyirik. Həm rəqib, həm də biz daxili çempionatda qalib gəlmişik. Bu da onu göstərir ki, çox gərgin və baxımlı oyun olacaq. Hər iki düşərgədə yüksək əhval-ruhiyyə hökm sürür. Maraqlı oyun olacağını düşünürəm".