Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura yekun vurulub. Sportarena.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma baş tutub.
İlk oyun Lənkəranda olub. Uğursuzluq zolağında olan “Xəzər Lənkəran” doğma meydanda vəziyyəti heç də yaxşı olmayan AZAL-ı qəbul edib. Cənublular inamlı qəlıbı qazanıblar - 3:1.
Turun son oyunu isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı təmsilçisi Bakı "İnter"ini qonaq edib. Görüşdə qalib müəyyənləşməyib - 1:1.
Topaz Premyer Liqası
8-ci tur
18 oktyabr (bazar)
18:00. “Xəzər Lənkəran” - AZAL 3:1
Qollar: Kamran Abdullazadə, 19, 90, Sadio Tounkara, 65 - Murad Səttarlı, 33
Hakimlər: Elvin Əsgərov, Mehman Mahmudov, Cavanşir Yusifov, Ziya Nəsirov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.
20:00. "Sumqayıt" - "İnter" 1:1
Qollar: Pərdis Fərcad-Azad, 10 - Kvekveskiri, 34
Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Elman Musayev, Nail Nağıyev.
Sumqayıt. “Kapital Bank Arena”.