Çumbinyo: “Çətindir, amma mümkünsüz deyil”

13:01 18 Oktyabr 2015

“Yenidən yaşıl meydanlara qayıtdığıma görə çox şadam. Ailəmə   mənə dəstək olduqları üçün,  “Qarabağ” klubuna isə bu günə qədər mənim sağalmağımı gözlədikləri üçün təşəkkür edirəm.” 
Bu sözləri sportarena.az saytına açıqlamasında “Qarabağ”ın zədədən yeni qayıtmış futbolçusu Çumbinyo “Zirə”yə 4:1 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
“Zədəli olduğum müddət ərzində çox şey öyrəndim. Ümid edirəm ki, bundan sonra davamlı oynayacağam. Ən əsas da odur ki, bugün “Zirə”yə qalib gəldik.”
Brazilyalı futbolçu “Qarabağ”ın Avroliqadakı şanslarını belə dəyərləndirib: 
“Çətindir, amma mümkünsüz deyil.”


Digər xəbərlər

Xəbər xətti