Millimizin üzvü oynadı, komandası qələbə qazandı

13:24 18 Oktyabr 2015

Almaniya Regional Liqasında 12-ci turun oyunları keçirilib.

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Toğrul Eratın şərəfini qoruduğu Dusseldorf "Fortuna-2"sı  da növbəti matçına çıxıb.
 
Adıçəkilən komanda səfərdə “Viktoriya” ilə üz-üzə gəlib. Görüş “Fortuna-2”nin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxan Erat 90 dəqiqə meydanda olub.
 
Qeyd edək ki, “Fortuna-2” 16 xalla 10-cu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti