Ötən mövsümün sonunda "Qəbələ"nin əvəzedici komandasından ayrılan Luis Araqon özünə yeni iş yeri tapıb. Sportarena.az xəbər verir ki, ispan mütəxəssis bundan sonra Sloveniyada çalışacaq.
Belə ki, o, "Koper"dən gələn təklifə "yox" deməyib. Araqon sözügedən komandanın akademiyasına rəhbərlik edəcək.