Rüstəm Orucovu Rövnəq Abdullayev mükafatlandırdı

16:37 18 Oktyabr 2015

Fransanın paytaxtı Parisdə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin ilk günü Azərbaycan idmançıları üçün uğurlu olub. Sportarena.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan cüdoçusu Rüstəm Orucov yalnız finalda məğlub olaraq mötəbər yarışın gümüş medalını qazanıb.

 

Beləliklə cüdo üzrə milli komandamızın Parisdəki "Böyük Dəbilqə" turnirlərində 8 illik medal həsrətinə son qoyulub. Yarışları Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev Beynəlxalq Cüdo Federasiyasiyasının rəhbəri Marius Vizerlə birgə canlı izləyib. Mükafatlandırma mərasimində Rüstəm Orucova gümüş medalı Rövnəq Abdullayev təqdim edib.


Digər xəbərlər

Xəbər xətti