"Biz hər rəqibə ciddi yanaçırıq və bütün oyunlara 100 faiz hazırlaşırıq".
Bu sözləri "Zirə" ilə oyundan sonra Sportarena.az-a açıqlamasında "Qarabağ"ın hücumçusu Samuel Armenteros deyib. Debütantı 4:1 hesabı ilə məğlub etdikləri görüşdə 2 qol vuran forvard fikirlərini açıqlayıb:
"Mən hücumçuyam. Qol vuranda xoşbəxt oluram. Ölkənin 1 nömrəli komandasında qollar vurduğum üçün özümü xoşbəxt sayıram. Amma mənim qol vurmağımdan daha vacibi komandamın qələbə qazanmasıdı".
Armenteros Avroliqanın qrup mərhələsində "Monako" ilə keçirəcəkləri səfər oyunu haqda da danışıb: "Monako" ilə oyun çox vacibdir. Həmin oyunu səbirsizliklə gözləyirik. İnanıram ki, səfərdən yaxşı nəticə ilə qayıdacağıq. Biz "Qarabağ"ıq, hər oyuna maksimum nəticə üçün çıxırıq. Heç vaxt meydana heç-heçə və ya uduzmaq üçün çıxmırıq".