"Ən böyük günahkar mənəm" - Tərlan Əhmədov

20:38 18 Oktyabr 2015

"Rəvan"la matçdan sonra düşərgədə vəziyyət yaxşı idi. Biz Lənkərana qələbə üçün gəlmişdik. Sadəcə, bəxtimiz gətirmədi. Rəqib layiq olduğu qələbəni qazandı".

 

Sportarena.az xəbər verir ki, bu sözləri Premyer Liqanın VIII turunun "Xəzər Lənkəran"la oyunundan sonra AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib. Gənc mütəxəssis 1:3 hesabı ilə məğlub olmalarına baxmayaraq, sərgilənən futbola iradının olmadığını bildirib:

 

"Hazırkı heyətlə biz bu mübarizəyə girişmişik, mübarizə aparırıq və aparacağıq da. Məlumunuz olsun ki, mən istədiyim komandanı hələ qura bilməmişəm. Məğlub olmuşuqsa, burada ən böyük günahkar mənəm".


Digər xəbərlər

Xəbər xətti