Rövnəq Abdullayev milli komandanın üzvləri ilə görüşdü - FOTO

21:03 18 Oktyabr 2015

Oktyabrın 17-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev "Böyük Dəbilqə" turnirinin keçirildiyi Parisin "Accor Hotels Arena" kompleksində milli komandamızın məşqçi heyəti və üzvləri ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, federasiya prezidenti Rüstəm Orucovun qazandığı uğurun gələcək yarışlarda davam edəcəyinə inandığını bildirib.

 

Cüdo üzrə milli komandamızın baş məşqçisi Peter Zayzenbaher və cüdoçular onlara göstərilən etimada görə federasiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.


Xəbər xətti