Samir Abasov debüt oyunundan danışdı

22:40 18 Oktyabr 2015

“Sumqayıt”ın yeni çalışdırıcısı Samir Abasov bu gün Premyer Liqada baş məşqçi kimi debüt etdiyi “İnter”lə oyundan (1:1) danışıb. Sportarena.az xəbər verir ki, o, bunları deyib:

 

“Oyunun çətin keçəcəyini bilirdik. Sözün açığı, “İnter” barədə düşünməmişdik, sadəcə, öz durumumuzu müzakirə edirdik. On gündür ki, komanda ilə birgəyəm. Düşünürəm ki, bu komanda ilə istəyimizə çatacağıq. Əsas məqsədimiz yaxşı oyun, yaxşı nəticədir. Çalışacağam ki, sürətli futbol sərgiləyək. Bu gün bir komanda kimi mübarizə apardıq. Həm oynayan, həm də ehtiyatda oturan futbolçulara təşəkkür edirəm”.


Digər xəbərlər

Xəbər xətti