"Oyun alınmayanda alınmır" - Zaur Svanadze

22:45 18 Oktyabr 2015

“Bizim heyətlə bağlı problemlərimiz var. Zədəli, cəzalı oyunçularımız az deyil. “Sumqayıt”dan xal almağımız bizim üçün uğurlu sayıla bilər. Problemlərin fonunda xal götürmək sevindiricidir”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri “İnter”in baş məşqçisi Zaur Svanadze deyib. "Bankirlər" bu gün Premyer Liqanın 8-ci turunda səfərdə “Sumqayıt”la qarşılaşıb və heç-heçə edib 1:1. Svanade matçla daha sonra bunları deyib:

 

“Elnur Abdullayev və Denis Silvanın da zədə ilə bağlı problemləri olsa da, meydançada idilər. Qapıçı Elşən Poladov bir neçə epizodda bizi xilas elədi. Oyun alınmayanda alınmır. Əgər qələbə yoxdursa, heç-heçə də normaldır”.


Digər xəbərlər

Xəbər xətti