Yurgen Kloppdan ilk qadağa

00:55 19 Oktyabr 2015

"Liverpul"un yeni baş məşqçisi Yurgen Klopp komandada intizam qaydalarını sərtləşdirib. 
 
Bundan sonra futbolçuların həyat yoldaşları və rəfiqələrinin Melvuddakı məşq bazasına gəlməsi qadağandı. 
 
Futbolçular həftə ortasında istirahət günündən də məhrum ediliblər. Belə bir qayda Jerar Ulye və Rafael Benitesin vaxtında da mövcud idi. Həmin vaxtlar futbolçular yaxşı oyunamalarına görə istirahətlə mükafatlandırılırdılar.
 
"Biz bacardığımız qədər çox məşq etməliyik", – deyə Klopp bildirib.


Digər xəbərlər

Xəbər xətti