İdmançımız Rio-2016-ya 30 lisenziya xalı qazandı

01:47 19 Oktyabr 2015

Azərbaycanın şosse velosipedi üzrə qadınlardan ibarət yığma komandasının üzvü Yelena Pavluxina Fransada keçirilən birgünlük "Chrono des Nations" veloyürüşündə uğurla çıxış edib.

Sportarena.az xəbər verir ki, Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən və fərdi ötüşmə sistemi üzrə keçirilən yarışda iştirakçılar 21 km məsafə qət ediblər.
Velosipedçimiz bu məsafəni 29 dəqiqə, 31 saniyəyə qət edərək yekunda 5-ci yeri tutub və bununla da Rio-2016-ya 30 lisenziya xalı qazanıb. Hazırda Yelena Pavluxinanın aktivində ümumilikdə 53 reytinq xalı var.


Digər xəbərlər

Xəbər xətti