"Bunu məndən yox, rəhbərlikdən soruşun" - Erməni futbolçu

14:14 19 Oktyabr 2015

"Borussiya"nın erməni legioneri Henrix Mxitaryan "Qəbələ" ilə oyuna hazırlaşır. Sportarena.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi Bundesliqanın son turunda keçirilmiş "Maynts"la qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında bildirib. Mxitaryan Azərbaycana viza alıb-alması məsələsinə də toxunub:

 

"Bilmirəm. Pasportum məndə deyil. Bunu rəhbərlikdən soruşmağınız yaxşı olar. Mən oyuna hazırlaşıram".

 

Qeyd edək ki, "Qəbələ" - "Borussiya" matçı oktyabrın 22-də Bakıda keçiriləcək və saat 22:00-da start götürəcək.


Digər xəbərlər

Xəbər xətti