Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqiblərindən olan PAOK ciddi itki ilə üzləşib.
Sportarena.az xəbər verir ki, ötən gün ölkə çempionatında "İraklis"lə matçda zədələnən Dimitar Berbatov sıradan çıxıb. Onun hansı müddətə zədələndiyi hələlik bəlli deyil.
Qeyd edək ki, PAOK oktyabrın 22-də "Krasnodar"la qarşılaşacaq.