Avroliqanın qrup mərhələsinin III turu çərçivəsində baş tutacaq "Monako" - "Qarabağ" matçına təyinatlar açıqlanıb. Sportarena.az xəbər verir ki, oyun danimarkalı hakimlər briqadasına həvalə olunub.
Oyunun baş hakimi Yakob Kehlet olacaq. Ona həmyerliləri Henrik Larsen, Heyn Sorensen köməklik edəcəklər. Əlavə köməkçi hakimlər Mikel Tikqard və Yens Mae olacaq. Dördüncü hakim funksiyasını isə Lars Hummelqard yerinə yetirəcək.
22:00. "Monako" - "Qarabağ"
Hakimlər: Yakob Kehlet, Henrik Larsen, Heyn Sorensen
Əlavə köməkçi hakimlər: Mikel Tikqard, Yens Mae
Dördüncü hakim: Lars Hummelqard
Qeyd edək ki, "Monako" - "Qarabağ" oyunu oktyabrın 22-də, saat 22:00-da başlayacaq.