Millimizin sabiq müdafiəçisi Saşa Yunisoğlu yenidən böyük futbola qayıdıb. Sportarena.az xəbər verir ki, o bundan sonra Premyer Liqada mübarizə aparan "Rəvan"da çıxış edəcək.
Bəhmən Həsənovun istəyilən komandaya dəvət edilən futbolçu ilə artıq müqavilə də imzalanıb. Saşa mövsümün sonunadək paytaxt klubunun uğurları üçün çalışacaq.
Qeyd edək ki, Yunisoğlu ötən mövsümün əvvəlində elitada çıxış edən "Araz Naxçıvan"ın şərəfini qoruyurdu. Amma o vaxt klub birdən-birə mübarizəni dayandırmağa qərar verdiyindən, Saşa da klubsuz qalmışdı.