Azərbaycan yığmasının voleybolçusu Yana Ağayeva karyerasını Çində davam etdirəcək.
Sportarena.az Azərtac-a istinadən xəbər verir ki, millimizin üzvünün Çinin “Beijing” klubu ilə danışıqları müsbət yekunlaşıb. Hücumçu “Rabitə”nin sabiq blokçusu Nataşa Krsmanoviçi də transfer edən komanda ilə birillik müqavilə bağlayıb.
Voleybolçu daha əvvəl Koreya Respublikasının “Hyundai”, Polşanın “Atom” və Türkiyənin “Çanaqkala Bld” klublarında çıxış edib.