“Arsenal” – “Bavariya” matçının fit sahibi Çakır olacaq

00:55 20 Oktyabr 2015

Türkiyəli təcrübəli hakim Cüneyt Çakır Çempionlar Liqasının 3-cü turunun mərkəzi matçına təyinat alıb.

Sportarena.az xəbər verir ki, Çakır “Arsenal” – “Bavariya” oyununda ədalət təmsilçisi olacaq. Ona həmyerliləri Bahattin Duran, Tarık Ongun və Çem Satman köməklik edəcək.  

Qeyd edək ki, “Arsenal” – “Bavariya” oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. 


Digər xəbərlər

Xəbər xətti