Bakı-2015-də avtobus qəzasında xəsarət alan avstriyalı idmançıların müalicəsində irəliləyiş

01:48 20 Oktyabr 2015

Sinxron üzgüçü Vanessa Sahinoviçin bərpa-müalicəsi uğurla davam edir.

Sportarena.az  xəbər verir ki, Avstriyanın gündəlik “Österreich” qəzetində dərc olunmuş “Kira və Vanessa: atletlər həyata geri dönüş üçün mübarizə aparırlar” sərlövhəli məqalədə, Avropa Oyunları ərəfəsində Bakıda avtobus qəzasında xəsarət almış bu idmançı və məşq zamanı zədələnmiş atlet Kira Qrünberqin reabilitasiya kursu barədə məlumat verilib.

Nəşr yazır ki, idmançılar Avstriyanın Tirol əyalətində yerləşən “Bad Herinq” bərpa klinikasında birgə məşq və müalicə kursu keçirlər. Məqalədə hər iki idmançının müalicəsində irəliləyişlərə nail olduqları bildirilir. Azərtac-ın xəbərinə görə, Vanessa Sahinoviç reabilitasiya klinikasını iki aydan sonra, Kira Qrünberq isə beş aydan sonra tərk edəcəklər.


Digər xəbərlər

Xəbər xətti