Almaniya II Bundesliqasında 11-ci turun oyunları keçirilib. Sportarena.az xəbər verir ki, millimizin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" bu tur səfərdə "Münhen 1860"la qarşılaşıb.
Nazarovun komandası minimal hesablı qələbəyə sevinib. Matçın 33-cü dəqiqəsində Hofferlə hesabı açan qonaqlar görüşdən 1:0 hesabı ilə qalib ayrılıb. Oyunun start heyətində yer alan millimizin üzvü 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Karlsrue" klubu 11 turdan sonra 12 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.