UEFA Gənclər Liqasında keçiriləcək "Rəvan” – "Spartak” (Moskva) oyununa hakim təyinatları bəlli olub.
Sportarena.az xəbər verir ki, qarşılaşmanı Gürcüstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Giorgi Kruaşvili olacaq. Ona Besik Çiçinadze və Levan Todria yardım edəcək. Dördüncü hakim funksiyasını isə azərbaycanlı referi Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, "Rəvan" - "Spartak" matçı oktyabrın 21-də "Dalğa Arena"da keçiriləcək və saat 19.00-da başlayacaq.