AFFA "Qəbələ" və "Rəvan"ı cəzalandırdı

13:10 20 Oktyabr 2015

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Premyer Liqanın 8-ci turundakı bəzi qayda pozuntuları ilə bağlı qərarlar verib.

 

“Rəvan” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Oyunun 59-cu dəqiqəsində “Rəvan” klubunun futbolçusu Kənan Manafov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 87-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Novruz Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

Oyunun 90+1-ci dəqiqəsində “Rəvan” klubunun futbolçusu Orxan Lalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

 

“Neftçi” – “Qəbələ” matçında “Qəbələ” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.


Digər xəbərlər

Xəbər xətti