Bu gün AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib. Sportarena.az xəbər verir ki, İK Azərbaycan kubokunun 1/16 final mərhələsinin oyunları zamanı qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib:
Beləliklə, kubokun MOİK – “Turan Tovuz” matçında MOİK klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
Oyunun 50-ci dəqiqəsində “Turan Tovuz” klubunun futbolçusu Qüvvət Əmrahov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.