Öncə Qriqorçuk, sonra Tuxel

14:31 20 Oktyabr 2015

Oktyabrın 22-də UEFA Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçiriləcək “Qəbələ” - "Borussiya" (Dortmund) matçı öncə mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq tədbir sabah 18:45-də arenanın Media zalında start götürəcək.

 

Jurnalistlərin önünə öncə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk çıxacaq. 21:00-da isə "Borussiya"nın çalışdırıcısı Tomas Tuxel media nümayəndələrinin suallarını cavablandıracaq. Hər iki komandanın oyunöncəsi son məşqi də “Bakcell Arena”da keçiriləcək.

 

“Qəbələ” saat 19:30-da, Almaniya təmsilçisi isə 21:30-da baş tutacaq məşqlə qarşılaşmanın hazırlıqlarını tamamlayacaq.


Digər xəbərlər

Xəbər xətti