Premyer Liqanın VIII turu çərçivəsində evdə AZAL üzərində 3-1 hesabı ilə inamlı qələbə qazanan “ "Xəzər Lənkəran" bir günlük istirahətin ardından bu gün toplanır. Sportarena.az klubun saytına isinadən xəbər verir ki, komanda saat 17.00–da məşqə çıxaraq "Kəpəz"lə qarşıdakı oyunun hazırlığına start verəcək.
Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək komanda bir gün sonra səfər matçı üçün Gəncəyə yola düşəcək.
Hazırda "Xəzər Lənkəran" ın heyətində Orxan Əliyev və Rasim Ramaldanov ciddi zədədən əziyyət çəkir. Hər iki futbolçu məhz bu səbəbdən son turun matçını da buraxmalı olmuşdular.