"Azərbaycan futbolu güclü inkişafda olan ölkələrdəndir. Buradakı insanlar indiyə qədər əldə olunan uğurlardan daha artığını istəyirlər. Potensial var, infrastrukturu yaxşılaşdırmağa çoxlu investisiya yatırılır. Bütün bunlar mənim üçün bir yenilik idi və bu üzdən də təklif gələn kimi, Azərbaycan yığmasını çalışdırmağa razılıq verdim".
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib. Xorvat mütəxəssis millimizə gəlişindən, eləcə də AÇ-2016-nın seçmə mərhələsinin nəticələrindən danışıb:
"Bolqarıstanla oyuna qədər biz beş görüşə çıxmışdıq, onların yalnız birində məğlub olmuşduq. İkinci məğlubiyyətimiz isə Sofiyada qeydə alındı. Həmin məğlubiyyətə də səbəb bizim çox zəif oynamağımız idi".