UEFA tərəfindən FIFA dərəcəli hakimlərimizə yeni təyinatlar verilib.
Sportarena.az xəbər verir ki, Rəhim Həsənov oktyabrın 21-də, Tbilisi şəhərində keçiriləcək UEFA Gənclər Liqasının “Saburtalo” (Gürcüstan) – “Mityulland” (Danimarka) oyununun baş hakimi olacaq. Ona Akif Əmirəli və Namiq Hüseynov kömək edəcəklər.
Orxan Məmmədov və Yaşar Abbasov isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 5-ci qrupunda keçiriləcək oyunlarda meydana çıxacaqlar. Bu qrupun oyunları oktyabrın 23-dən 30-dək Lüksemburqda təşkil olunacaq.