Əliyar Ağayev UEFA Gənclər Liqasında "Zenit" - Lion" matçını idarə edib.
Sportarena.az хəbər verir ki, FIFA referisinin idarə etdiyi oyunda Rusiya təmsilçisi 3:1 hesabı qələbə qazanıb.. Əliyar Ağayev "Zenit"in bir, "Lion"un üç futbolçusuna sarı vərəqə göstərib.
Qeyd edək ki, Əliyar Ağayevə Mübariz Haşımovla Knyaz Əmiraslanov yardımçı olub. Dördüncü hakim funksiyasını rusiyalı Kirill Levnikov yerinə yetirib.