Avropa Liqasının qrup mərhələsində "Monako" ilə qarşılaşacaq "Qarabağ" Fransaya yola düşüb.
Sportarena.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı-Nitsa reysi ilə hərəkət edəcək. Komanda Nitsa şəhərindən Monakoya yollanacaq.
Qeyd edək ki, oktyabrın 22-də "Stad Lui II" stadionunda keçiriləcək "Monako" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.