"Qara bazar"a sərt cəza

21:57 20 Oktyabr 2015

İdman oyunları ilə bağlı qanunsuz bilet satışına görə hüquqi şəxslərə də maliyyə sansiyası tətbiq ediləcək. 
 
Sportarena.az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında bu barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, bu fəaliyyətlə məşğul olan fiziki şəxslər yeddi yüz manat miqdarında, vəzifəli şəxslər min beş yüz manat miqdarında cərimələnirdisə, artıq hüquqi şəxslər altı min manat miqdarında cərimə ediləcəklər. 


Digər xəbərlər

Xəbər xətti