Bu gecə Çempionlar Liqasının qrup mərhələsində üçüncü tura yekun vurulacaq. Sportarena.az xəbər verir ki, A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq.
Gecənin maraqlı görüşlərindən biri İstanbulda keçiriləcək. "Qalatasaray" doğma azarkeşləri önündə "Benfika"nı sınağa çəkəcək. "Sarı-qırmızılılar" qrupdan çıxmaq şanslarını saxlamaq üçün bu gün mütləq qələbə qazanmalıdırlar.
Gecənin digər oyunları isə bunlardır:
Çempionlar Liqası, qrup mərhələsi
21 oktyabr
A qrupu
23:45. PSJ (Fransa) - "Real" (Madrid, İspaniya) 0:0
23:45. "Malmö" (İsveç) - "Şaxtyor" (Donetsk, Ukrayna) 1:0
B qrupu
23:45. CSKA (Moskva, Rusiya) - "Mançester Yunayted" (İngiltərə) 1:1
23:45. "Volfsburq" (Almaniya) - PSV (Hollandiya) 2:0
C qrupu
23:45. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) 2:1
23:45. "Atletiko" (Madrid, İspaniya) - "Astana" (Qazaxıstan) 4:0
D qrupu
23:45. "Yuventus" (İtaliya) - "Borussiya" (Münhenqladbax, Almaniya) 0:0
23:45. "Mançester Siti" (İngiltərə) - "Sevilya" (İspaniya) 1:1