"Kəpəz"də Diniyev şoku

13:27 21 Oktyabr 2015

“Rəvan”la oyundan öncəki məşqlərin birində zədələnən “Kəpəz”in futbolçusu Kərim Diniyevin müalicəsi davam edir. Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidmətinə komandanın həkimi Şıxəli Həsənov məlumat verib.

 

Həsənovun sözlərinə görə, futbolçu Maqnit Rezonans Tomoqrafiya müayinəsindən keçdikdən sonra bud əzələsində yırtığın olduğu aşkarlanıb.

 

Diniyevin müalicə prosesi üç həftə çəkəcək. İki həftədən sonra isə yarımmüdafiəçi bərpaedici yüngül məşqlərə başlaya biləcək.


Digər xəbərlər

Xəbər xətti