"Neftçi"nin yarımmüdafiəçisi Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib. Sportarena.az xəbər verir ki, AZAL-la ötən mövsümün son turunda keçirilmiş oyunda qol vuran gənc futbolçu bunları bildirib:
"AZAL-la səfər oyunları asan keçmir. Rəqibə hörmətlə yanaşırıq, amma əlimizdən gələni edəcəyik ki, bu, dönüş oyunumuz olsun. Yadımdadır, AZAL-la son oyunumuzda qol vurmuşdum və təbii ki, yenə də fərqlənmək istəyirəm. Amma kimin qol vuracağının fərqi yoxdur, əsas odur qələbə qazanaq"