“Mənə göstərilən etimadı artıq doğrultmalı olduğumu yaxşı bilirəm. “Qarabağ”la görüş bu baxımdan çox önəmlidi”.
Sportarena.az "apasport.az"a istinadən xəbər verir ki, bunu “Monako”nun hücumçusu Lasina Traore deyib.Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan Fransa klubu sabah III tur çərçivəsində məhz təmsilçimizi qəbul edəcək.Cari mövsüm əksər matçlarda start heyətində yer alan Traore bu qarşılaşmada fərqlənmək niyyətindədi.
Bu mövsüm hələ də qol hesabını aça bilməyən Fil Dişi Sahili yığmasının forvardı sabah da baş məşqçidən şans gözləyir: “Qarabağ”la qarşılaşmada özümə qarşı inamı artırmaq üçün əlimdən gələni edəcəm. Ümid edirəm ki, məşqçilər korpusu mənə yenə güvənər. Artıq qol həsrətinə son qoymaq və əsas heyətdə oynamağa layiq olduğumu göstərmək istəyirəm. İki ildi rəhbərlik və məşqçilər mənə güvənirlər. Bu kluba özümü borclu hesab edirəm və borcumu ödəmək istəyirəm”.
Qeyd edək ki, “Monako” – “Qarabağ” oyunu sabah “Lui II” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.