"Qarabağ" Fransada

14:47 21 Oktyabr 2015

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda sabah səfərdə "Monako" ilə qarşılaşacaq “Qarabağ” Fransadadır.

 

Sportarena.az klubun saytına istinadən xəbər verir ki, Ağdam klubu dünən 18:00-da Bakını tərk edib. Bakı-Monako reysi ilə hərəkət edən komandatəxminən 5 saatlıq uçuşdan sonra Monako şəhərinə çatıb, oradan isə Nitsaya yollanıb. Komanda axşam yeməyindən sonra istirahətə çəkilib.

 

Sabah "Qarabağ" oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.


Digər xəbərlər

Xəbər xətti