AFFA U-21-in hansı üzvləri ilə bağlı araşdırma aparır?

15:15 21 Oktyabr 2015

Xəbər verdiyimiz kimi, bu gün AFFA-da Məşqçilər Komitəsinin iclasında 21 yaşadək futbolçulardan ibarət komandamızın Avstriya və Finlandiya komandalarına qarşı keçirdiyi oyunlar üçün təlim-məşq toplanışına zədəli olduğunu bildirərək qatılmayan futbolçuların həqiqətən zədəli olub-olmamasının araşdırılması barədə qərar qəbul edib. Lakin AFFA-nın rəsmi saytında yer alan xəbərdə həmin futbolçuların adları açıqlanmayıb.

 

Sportarena.az futbolxeber.az-a istinadən xəbər verir ki, söhbət 4 futbolçudan gedir. Bunlar Coşqun Diniyev ("Qarabağ"), Elşən Abdullayev ("Neftçi"), Orxan Əliyev ("Xəzər Lənkəran") və Seymur Əsədovdur (AZAL).

 

Qeyd edək ki, Premyer Liqanın son turunda adıçəkilən 4 futbolçudan ikisi - Coşqun Diniyev və Elşən Abdullayev meydana çıxdıqları halda, Seymur Əsədov və Orxan Əliyev komandalarına kömək edə bilməyiblər.


Digər xəbərlər

Xəbər xətti