SON! "Borussiya" erməni futbolçunu Bakıya gətirəsi olmadı

15:29 21 Oktyabr 2015

"Borussiya"nın yrımmüdafiəçisi Henrik Mxitaryanın Bakıya gəlmədiyi dəqiqləşib. Sportarena.az xəbər verir ki, Dortmund təmsilçisi erməni futbolçusunu paytaxtımıza gətirəsi olmayıb. Almaniya mətbuatının yazdığına görə, Mxitaryan komandanın ölkəmizə yola düşən heyətində yer almayıb.

 

Mxitaryanla yanaşı, zədədən əziyyət çəkən serbiyalı müdafiəçi Neven Subotiç də Bakıdakı görüşdə iştirak etməyəcək.

 

Qeyd edək ki, sabah "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Borussiya" oyunu saat 20:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti