"Formula 1" zamanı narahatçılıq yaranacaq, amma bizi başa düşsünlər"

15:44 21 Oktyabr 2015

Gələn il iyunun 19-da Bakıda "Formula 1" yarışları baş tutacaq. Sportarena.az xəbər verir ki, gənclər və idman naziri Azad Rəhimov "Xəzər xəbər"ə açıqlamasında bunla bağlı yollarda infrastruktur dəyişikliyi olacağını bildirib:

 

"İşlər gedir, tenderlər keçirilir. Bakı şəhərinin sakinləri başa düşsün ki, narahatçılıq yaranacaq. Yolların bağlanması, asfalt qatlarının 6-8 santimetrə dəyişilməsi olacaq. Bu dünya "Formula 1" rəhbərliyinin tələbidir. Hər yerdə bunlar edilir. Sürətlə bağlıdır. Məcburuq, edəcəyik. Bəzi hallarda səki kəsiləcək, dirəklərin yeri dəyişdiriləcək".


Digər xəbərlər

Xəbər xətti