"Xəzər Lənkəran" başladı

15:57 21 Oktyabr 2015

Premyer Liqanın 8-ci turu çərçivəsində evdə AZAL üzərində 3:1 hesabı ilə inamlı qələbə qazanan “Xəzər Lənkəran” bir günlük istirahətin ardından məşqlərini bərpa edib. Sportarena.az xəbər verir ki, komanda dünən “Kəpəz”lə oyunun hazırlığına start verib.

 

Oktyabrın 22-nə qədər Lənkərandakı bazasında məşqlərini davam etdirəcək komanda bir gün sonra səfər matçı üçün Gəncəyə yola düşəcək. Hazırda “Xəzər Lənkəran”ın heyətində Orxan Əliyev və Rasim Ramaldanov ciddi zədədən əziyyət çəkir. Hər iki futbolçu məhz bu səbəbdən son turun matçını da buraxmalı olmuşdular.


Digər xəbərlər

Xəbər xətti